"Bu baxımdan "Qarabağ"ın işi rahatdır" - PFL-dən AÇIQLAMA

27 Oktyabr 2024 13:35 Qarabağ 1 362
"Bu baxımdan "Qarabağ"ın işi rahatdır" - PFL-dən AÇIQLAMA

"Qarabağ" Premyer Liqanın qarşıdakı iki ev oyunun fərqli məkanda keçirəcək.

Söhbət "Şamaxı" və "Zirə" matçlardan gedir.

Lider hər iki rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Görəsən, birinci dövrədəki ev oyunlarını "Azərsun Arena"da keçirən "atlılar"ın yenidən mərkəzi arenaya qayıdışı nə ilə bağlıdır?

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev Sportinfo.az-a açıqlamasında "köhlən atlar"ın bu məsələdə sərbəst olduğunu bildirib:

"Premyer Liqanın digər təmsilçilərindən fərqli olaraq, "Qarabağ" mövsümün əvvəl ev oyunlarını keçirmək üçün həm "Azərsun Arena"nı, həm də Tofiq Bəhramov adına Respublika stadionun sifariş edib.

Ona görə də bu baxımdan "Qarabağ"ın işi rahatdı. İstənilən oyundan 10 gün əvvəl olmaq şərtilə PFL-ə müraciət etməklə adıçəkilən stadionlardan hansında istəsə rəqiblərini qəbul edə bilər".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti