Mourinyonun əvəzlədiyi baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir?

30 Sentyabr 2024 13:20 Qarabağ 4 905
Mourinyonun əvəzlədiyi baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir?

"Fənərbağça"nın prezidenti Ali Koçun başqa komanda ilə anlaşmasını istəmədiyi sabiq baş məşqçisi İsmail Kartal karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ahmet Ercanlar "YouTube" kanalında verib.

O, İsmail Kartalın Azərbaycan və İran klublarından 1,5 milyon avroluq maaş təklif aldığını bildirib:

"Mənə dedi ki, çempionluğa oynayan komanda istəyir. Azərbaycanda "Qarabağ"ın dəstəkləndiyini, orada xüsusi vəziyyətin olduğunu söylədi", - deyə A.Ercanlar bildirib.

"Fənərbağça"nın prezidenti Ali Koç İsmail Kartala qış transferi pəncərəsinədək başqa komanda ilə razılaşmamasını tapşırıb.

İstanbul klubunu bu il iyunun 3-dən portuqaliyalı baş məşqçi Joze Mourinyo çalışdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti