Yassin Benzia: “Bura özümüzü yaxşı tərəfdən göstərmək üçün gəlmişik”

26 Sentyabr 2024 20:30 Qarabağ 1 310
Yassin Benzia: “Bura özümüzü yaxşı tərəfdən göstərmək üçün gəlmişik”

"Qarabağ"ın legioneri Yassin Benzia Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda "Tottenhem"lə oyun öncəsi fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi rəqibin güclü olmasına baxmayaraq, layiqli rəqabət aparacaqlarına inandığını söyləyib:

“Bura özümüzü yaxşı tərəfdən göstərmək üçün gəlmişik. İnanıram ki, bizim üçün yaxşı oyun olacaq”.

Bu gün keçiriləcək "Tottenhem" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti