Ruslar "Qarabağ"dan gözləyir ki... "Londonda döyüş darıxdırıcı olmayacaq"

26 Sentyabr 2024 19:20 Qarabağ 1 272
Ruslar "Qarabağ"dan gözləyir ki... "Londonda döyüş darıxdırıcı olmayacaq"

Rusiya mətbuatı Avropa Liqasının əsas mərhələsinin 1-ci turunun “Tottenhem” – “Qarabağ” matçından yazıb.

Sportinfo.az xəbər verir ki, "Sport Ekspress" nəşri Londonda baş tutacaq görüşün darıxdırıcı keçməyəcəyini qeyd edib:

"Rəqiblərin üslubunda hücum futbolu var. "Tottenhem" Premyer Liqanın başlanğıcında ən effektiv beş klubdan biridir.

"Atlılar" isə Azərbaycan çempionatında ən çox qol vuran komandalardandır.

Ötən Avropa Liqasının pley-off mərhələsində Qurban Qurbanovun komandası "Braqa" (4:2, 2:3) və "Bayer"lə (2:2, 2:3) mübarizələrdə effektivliyi ilə yadda qalıb.

Beləliklə, Londondakı döyüş mütləq darıxdırıcı olmayacaq".

Bu gün keçiriləcək görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti