Avropa Liqasında mübarizəyə qoşulan “Qarabağ” İngiltərəyə yollanıb.
Azərbaycan çempionu sözügedən tunirin birinci turunda “Tottenhem”lə qarşılaşacaq.
Sevindirici məqam odur ki, səfər oyunu olmasına baxmayaraq, “köhlən atlar” dəstəksiz qalmayacaq.
Artıq bir neçə gündür Böyük Britaniyada və Avropada yaşayan soydaşlarımız “Qarabağ”ın matçı ilə maraqlanır, Londondakı qarşılaşmanı canlı izləmək istədiyini bildirirlər.
Cümə axşamı “Tottenhem Hotspur stadionu”nda baş tutacaq oyunda azı 200 azarkeş qonaq sektorunda ağdamlıları dəstəkləyəcək. Sosial şəbəkələrdəki fəallıq və klubdan maraqlananların çoxluğu bu cür düşünməyə əsas verir.
Bu gecə baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

