Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Qarabağ"ın İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəyi UEFA Avropa Liqası matçını tribunadan izləyəcək.
Sportinfo.az xəbər verir ki, Londondakı qarşılaşmada komandanı 1000-ə yaxın azərbaycanlı azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Bu gün "Tottenhem Hotspur" stadionunda təşkil ediləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

