Superkompüter "Qarabağ"ı Avroliqada neçənci yerdə görür?

26 Sentyabr 2024 09:20 Qarabağ 3 097
Superkompüter "Qarabağ"ı Avroliqada neçənci yerdə görür?

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının favoritləri açıqlanıb.

"Opta Sports"un superkompüterinin hesablamalarına görə, cari mövsümdə turnirin qalibi "Porto" olacaq. Portuqaliya təmsilçisinin şansları 17.8% olaraq qiymətləndirilib.

"İlk üçlük"də "Atletik" (10.9%) və Praqa "Slaviya"sı (9.6%) qərarlaşıb.

Turnirdəki və avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" siyahıda 25-cidir. "Köhlən atlar"ın çempionluq şansları 0.2% olaraq ehtimal edilir.

Ancaq Ağdam klubunun pley-offa vəsiqə qazanmaq ehtimalı yüksək qiymətləndirilir - 31,5. 1/8 finala 9.7%, 1/4 final 2.7%-dir. Qurban Qurbanovun yetirmələrinin yarımfinala yüksəlmək etimalı isə 0.8%-dir.

"Qarabağ"ın ilk turdakı rəqibi "Tottenhem" də turnirin favoritlərindən hesab edilir. "Mahmızlar" 8.6%-lik ehtimalla 4-cüdür.

Superkompüterin hazrıladığı cədvəlin 8-ci sırasında yer alan Türkiyə təmsilçisi "Qalatasaray"ın çempionluq şansları isə 5.2%-dir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti