Qurban Qurbanov:Londondan xal gətirməyin “distur”unu AÇIQLADI

26 Sentyabr 2024 08:20 Qarabağ 1 007
Qurban Qurbanov:Londondan xal gətirməyin “distur”unu AÇIQLADI

“Dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi “Tottenhem”ə qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun oyunundan öncə deyib.

52 yaşlı mütəxəssis onları çətin qarşılaşmanın gözlədiklərini bildirib:

“Tottenhem” hər zaman İngiltərə Premyer Liqasında liderlər sırasında qərarlaşıb. Bununla belə, oyuna hazırıq. Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq.

“Tottenhem”in stadionda və onların azarkeşləri qarşısında mübarizə aparmaq bizim üçün böyük təcrübə olacaq. Belə oyunlar hər bir futbolçumuzun böyüməsi üçün təcrübə sayılır.

İnşallah, futbolçularım böyük güc sərf edərək, yaxşı oyun nümayiş etdirəcəklər”.

“Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti