İngilislərin baş məşqçisi: “Qarabağ” Avropa komandasıdır, öz izini qoyub"

25 Sentyabr 2024 22:10 Qarabağ 936
İngilislərin baş məşqçisi: “Qarabağ” Avropa komandasıdır, öz izini qoyub"

"Qarşımızda təcrübəli Avropa komandası var.

Avrokubok təcrübəsi həqiqətən önəmlidir.

“Qarabağ” istər Çempionlar Liqası, istərsə də Avropa Liqasında öz izini qoyub".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu Avropa Liqasının Liqa mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, sabahkı matça hazır olduqlarını bildirib:

“Biz “Qarabağ”ın son oyunlarını izləmişik. Onların çox güclü komanda olduqlarını gördük.

“Qarabağ” yerli çempionatda dominantlıq edir. Amma avrokuboklarda da bir o qədər uğurlu təsir bağışlayırlar.

Bunu ötən mövsüm Avropa Liqasında sərgilədikləri oyun və qazandıqları nəticələrlə də sübut ediblər”.

sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti