“Hər kəs "Tottenhem"in gücünü bilir, ancaq "Qarabağ" da zəif deyil”

26 Sentyabr 2024 01:00 Qarabağ 733
“Hər kəs "Tottenhem"in gücünü bilir, ancaq "Qarabağ" da zəif deyil”

“Qarşıdakı avrokubok matçında "Qarabağ"a çox inanıram".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə "Qarabağ"da oynamış braziliyalı Çumbinyo keçmiş komandasının Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəyi ilk tur oyunu ilə bağlı danışarkən deyib.

39 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin istənilən rəqiblə mübarizə aparmaq gücündə olduğunu bildirib:

"Hər kəs "Tottenhem"in gücünü bilir. Bu rəqiblə 2015-ci ildə üz-üzə gəlmişdik.

İki matçda da yaxşı oynamışdıq. Artıq həmin vaxtdan sonra komandalar xeyli dəyişib.

London klubu son illərdə Çempionlar Liqasının finalına kimi irəliləməyi bacarıb. Ancaq "Qarabağ" da zəif komanda deyil və səfərdə uğurlu nəticə göstərməyə qadirdir".

Sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti