"Qarabağ"la oyundan əvvəl: “Gələcəkdə nə olacağını heç vaxt bilmirsən”

26 Sentyabr 2024 02:20 Qarabağ 535
"Qarabağ"la oyundan əvvəl: “Gələcəkdə nə olacağını heç vaxt bilmirsən”

"Bu mövsümə çox köklənmişəm".

Sportinfo.az xəbər verir ki, bunu "Tottenhem"in futbolçusu Son Hın Min İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

Cənubi koreyalı yarımmüdafiəçi yeni müqavilə ilə bağlı London təmsilçisi ilə hələlik danışmadığını bildirib:

"Bu mövsüm çox yarışlarda iştirak edirik. Mənə elə gəlir ki, buna daha çox diqqət yetirməliyik.

Gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Amma klub üçün hər şeyi edəcəyəm. 10 ildir bunu edirəm".

“Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti