“Tottenhem” “Qarabağ”la matça bu heyətlə çıxacaq?

25 Sentyabr 2024 17:20 Qarabağ 1 474
“Tottenhem” “Qarabağ”la matça bu heyətlə çıxacaq?

“Tottenhem”in Avropa Liqasının 1-ci turunda “Qarabağ”la keçirəcəyi ev oyununun təxmini “11-liy”i müəyyənləşib.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Ange Postekoqlu öncədən də gözlənildiyi kimi, ehtiyat qüvvəyə üstünlük verəcək.

Lakin yunanıstanlı mütəxəssis start heyətini tamamilə gənclərdən qurmayacaq. Çalışdırıcı hər mövqedə bir təcrübəçli futbolçu oynatmağı planlaşdırır. Bu, Postekoqlunun turnirə uğurlu start götürmək və risk etməmək istəyindən qaynaqlanır.

“Tottenhem” Azərbaycan çempionu önünə standart 4-3-3 sxemində çıxacaq.

Təxmini “11-lik” isə belədir: Qulyelmo Visario; Pedro Porro, Miki Van de Ven, Radu Draquşin, Destini Udoyi; Ceyms Maddison, Rodriqo Bentankur, Yves Bissuma; Xın-Min Son, Dominik Solanke, Brennan Conson.

Sentyabrın 26-da Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!