“Qarabağ”dan SON XƏBƏR – Onlar “Tottenhem”ə qarşı oynamayacaq

25 Sentyabr 2024 16:20 Qarabağ 8 845
“Qarabağ”dan SON XƏBƏR – Onlar “Tottenhem”ə qarşı oynamayacaq

“Qarabağ” Avropa Liqasının birinci turunda qarşılaşacağı “Tottenhem”lə oyuna itkilərlə çıxacaq.

Əsas heyətin aparıcı futbolçuları Marko Veşoviçlə Kevin Medina Londonda meydana çıxa bilməyəcək.

Marko zədəlidirsə, Medina “Dinamo” (Zaqreb) ilə matçda aldığı qırmızı vərəqəyə görə cəzalı durumdadır.

Yeni transfer Aleksey Kaşuk Avropa Liqasının oyunları üçün iştirak olunub. Lakin onun hazırlıq durumu İngiltərə təmsilçisinə qarşı oynamağa imkan vermir.

Redon Cica ilə Şahruddin Məhəmmədəliyev də görüşü kənardan izləyəcəklər. Bu futbolçuların adı iştirak ərizəsinə salınmayıb.

Sentyabrın 26-da “Tottenhem Hotspur stadionu”nda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti