“Qarabağ” Londona ayaq basdı - FOTOREPORTAJ

25 Sentyabr 2024 11:00 Qarabağ 970
“Qarabağ” Londona ayaq basdı - FOTOREPORTAJ

Avropa Liqasının Liqa mərhələsinin ilk oyununda “Tottenhem”lə qarşılaşacaq “Qarabağ” gecə saatlarında Londona çatıb.

Sportinfo.az xəbər verir ki, komanda hava limanında birbaşa qalacağı otelə yollanıb.

Bu gün axşam “Qarabağ”ın oyunun keçiriləcəyi “Tottenhem Hotspur” stadionunda məşqi nəzərdə tutulub.

Sentyabrın 26-sı isə “Tottenhem” - “Qarabağ” matçı start götürəcək. Bu, hər iki komandanın yeni formatda keçiriləcək Avropa Liqasında - Liqa mərhələsində ilk oyunu olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

























Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti