“Qarabağ”ın oyunu ilk “beşlik”də: “Juninyo firtına kimi əsir”

25 Sentyabr 2024 12:40 Qarabağ 2 749
“Qarabağ”ın oyunu ilk “beşlik”də: “Juninyo firtına kimi əsir”

Avropa Liqasının ilk turunda mütləq izlənilməli olan oyunlar seçilib.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni formatda keçiriləcək turnirin ilk turunda tamaşaçılara 5 matç tövsiyə edilib.

Onlar arasında “Qarabağ”ın Londonda “Tottenhem”lə keçirəcəyi qarşılaşma da var.

İngiltərə klubunun daxili çempionatda işlərinin yolunda getmədiyi, Azərbaycan çempionunun isə yüksələn qrafik üzrə inkişafda olduğu vurğulanıb:

“Çempionatda uğursuz nəticələr göstərən “Tottenhem” durmadan inkişaf edən “Qarabağ” önündə 3 xal axtarışında olacaq.

Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Olavio Juninyo avrokuboklarda fırtına kimi əsir. Bu görüş onu ön plana çıxara bilər”.

İzlənilməsi məsləhət görülən digər oyunlar isə “Mançester Yunayted” – “Tvente”, “Qalatasaray” – PAOK, “Ayaks” – “Beşiktaş” və “Roma” – “Atletik”dir.

Avropa Liqasında ilk turun oyunları sentyabrın 25-26-da keçiriləcək. “Tottenhem” – “Qarabağ” matçı isə bu ayın 26-sı baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti