İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunu üçün azərbaycanlı azarkeşlər indiyədək 500-dən çox bilet alıblar.
Matça iki gün qaldığı üçün sayın daha da artacağı gözlənilir.
Sportinfo.az xəbər verir ki, "köhlən atlar" bu gün, saat 17:00-da çarter reysi ilə Londona yola düşəcək.
Görüşdən 1 gün əvvəl, Bakı vaxtı ilə saat 21:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı gerçəkləşəcək.
Bundan yarım saat sonra isə komandanın açıq məşqçi olacaq. Ölkə çempionu maçtdan sonra Vətənə qayıdacaq.
Ssentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.

