Meneceri “Qarabağ”lı legionerin “saqqızını oğurladı“ – YENİ GƏLİŞMƏ

24 Sentyabr 2024 14:00 Qarabağ 7 886
Meneceri “Qarabağ”lı legionerin “saqqızını oğurladı“ – YENİ GƏLİŞMƏ

“Qarabağ”ın legioneri Leandro Andradenin meneceri Aleksey Kaşukun transferindən narahat olub.

24 yaşlı hücumameyilli oyunçunun hüquqlarını təmsil edən “FIA Football” agentliyi onun Azərbaycandan ayrılması üçün fəal iş aparır.

Bununla bağlı redaksiyamıza yeni məlumat daxil olub. Bildirilib ki, ukraynalı legionerin gəlişindən sonra Kapo-Verde yığmasının üzvünün əsas heyətdə möhkəmlənmək şansı azalıb.

Agenti Andradeni buna inandırıb. Afrikalı oyunçuya məsləhət görülüb ki, gələn təkliflərdən birini dəyərləndirsin və qışda klubunu dəyişsin.

“Qarabağ“ın əcnəbisi Çin, Türkiyə, Polşa, Yunanıstan və Rusiya klublarının maraq dairəsindədir.

Rusiya Premyer Liqasında çıxış etmək variantı daha real görünür.

“FIA Football” agentliyi bununla bağlı bəyanat yayıb və saytımızın günlər öncə tiradladığı informasını təsdiqləyib. Qeyd olunub ki, Leandro Rusiya komandalarının diqqət mərkəzindədir.

Hətta yay fasiləsində “Lokomotiv” və “Dinamo”dan rəsmi təklif də edilib. Lakin Andrade Azərbaycanda qalmağı üstün tutub.

Rusiyada “transfer pənrəcəsi” bağlandığından, adıçəkilən klublar qış transfer dönəmini gözləməli olacaqlar. Moskva təmsilçiləri Andradenin keçidi üçün yenidən “Qarabağ”ın qapısını döyəcəklər.

Kapo-verdeli 3 ildən artıqdır ölkəmizdir. “Köhlən atlar“ onu “Çerno More“dən sıralarına qatıb. Leandronun sözləşməsi bir müddət əvvəl yenidən uzadılıb.

2027-ci ilin yayınadək Ağdam təmsilçisinə məxsusdur. Afrikalını transfer etmək istəyən müştəri Azərbaycan çempionuna 4 milyon avro təzminat ödəməlidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti