"Qarabağ" Misli Premyer Liqasının 7-ci turunda öz meydanında "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Patrik Andrade bu haqda açıqlama verib.
Kabo-verdeli artıq Avropa Liqasının "Tottenhem"lə matçına fokuslanmalı olduqlarını bildirib:
"Oyuna yaxşı hazırlaşmışdıq, yaxşı da oynadıq. "Neftçi" də pis komanda deyil. 4 qol vurmağı bacardıq.
Qələbə və hesab bizi sevindirir. Artıq bu oyun geridə qaldı.
Qarşıda "Tottenhem"lə vacib matç var. Bilirik ki, çətin olacaq.
Baş məşqçi, biz, hamımız həmin oyuna fokuslanacağıq. Hazırlaşmaq üçün bir həftə vaxtımız var".

