Elvin Cəfərquliyev “Neftçi”yə 4 qol vurmağı bacardıq, kifayət qədər rəqibimiz var”

24 Sentyabr 2024 00:40 Qarabağ 911
Elvin Cəfərquliyev “Neftçi”yə 4 qol vurmağı bacardıq, kifayət qədər rəqibimiz var”

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının 7-ci turunun “Neftçi”yə qarşı keçirdikləri oyunu (4:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, Cəfərquliyev komandasının qələbəsi barədə bunları deyib:

“Neftçi”yə qarşı matçlar həmişə gərgin keçib. Dörd qol vurmağı bacardıq.

Düşünürəm ki, qələbəyə layiq idik. Turnir baxımından vacib olan üç xal idi.

Ötən turlar göstərdi ki, bu mövsüm də asan olmayacaq. Bizim kifayət qədər rəqibimiz var.

Ona görə də hər matça mümkün qədər ciddi yanaşmalıyıq. Mövsüm uzun və çətin olacaq, ona görə də diqqətimizi itirməyək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti