“Qarabağ”a yeni gələn “Neftçi”dən danışdı: “Hiss olunurdu ki...”

23 Sentyabr 2024 23:20 Qarabağ 2 818
“Qarabağ”a yeni gələn “Neftçi”dən danışdı: “Hiss olunurdu ki...”

“Stadionda əla atmosfer var idi.

Hiss olunurdu ki, Azərbaycan derbisidir.

Bu, həm də mənim “Qarabağ”da ilk derbim idi. Çox şadam ki, qələbə qazandıq, 3 xal əldə etdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

Polşalı qolkiper Premyer Liqanın 7-ci turunda “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri görüşü belə şərh edib:

“Yaxşı oynadıq. Əvvəlki matçlarda bir qədər problem yaşayırdıq, çox qol vura bilmirdik.

Lakin “Neftçi” ilə görüşdə 4 dəfə fərqlənə bildik. Buna görə çox şadam.

Nəticəyə baxmayaraq, oyun heç də asan keçmədi. “Neftçi”nin heyətində çox yaxşı oyunçular var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti