“Qarabağ”ın Böyük Britaniya planı - Məlum oldu ki...

23 Sentyabr 2024 21:20 Qarabağ 2 434
“Qarabağ”ın Böyük Britaniya planı - Məlum oldu ki...

Avropa Liqasında mübarizəyə başlayan “Qarabağ” İngiltərə səfərinə hazırlaşır.

“"Köhlən atlar” səfərə matçdan iki gün əvvəl yollanacaq.

Sentyabrın 24-də günorta saatlarında Bakını tərk edəcək Azərbaycan çempionu 6 saatlıq uçuşdan sonra mənzil başına çatacaq.

Oyundan bir gün əvvəl Bakı vaxtı ilə saat 21.30-da baş məşqçi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

Bundan yarım saat sonra “Qarabağ”ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi baş tutacaq.

Ağdamlılar qarşılaşmadan dərhal sonra vətənə qayıdacaq.

Sentyabrın 26-da baş tutacaq “Tottenhem” - “Qarabağ” oyunu saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti