Xəbər verdiyimiz kimi, "Qarabağ" Yassin Benzia ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Ağdam klubu əlcəzairli legionerə yeni müqavilə təklif edib.
Yarımmüdafiəçi bununla razılaşarsa, kontraktı daha 2 il müddətinə uzadılacaq. Və təbii ki, əməkhaqqısı yenə də artırılacaq.
Benzianın reaksiyası böyük maraq və şübhə doğurur.
Sabiq "Fənərbaxça”lı hələlik “naz edir”. Avropa və Asiyadan çoxsaylı təkliflər aldığını söyləyən orta sahə oyunçusu yeni ilədək gözləyəcəyini, yekun qərarını da məhz həmin vaxt açıqlayacağını bildirib.
Fransa vətəndaşlığı olan ərəb 2023-cü il yanvarın 26-dan “Qarabağ”dadır. 2025-ci il iyunun 30-na qədər Azərbaycan çempionuna məxsusdur.
Yassin daha öncə “Lion", "Lill", "Fənərbaxça", "Olimpiakos", "Dijon" və "Hatayspor"da oynayıb.
SPORTİNFO.AZ

