"“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdamda təməli qoyulan “İmarət” stadionu ilə bağlı fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, o, deyib:
"Maraqlandım. Şəkillərə də baxdım. Layihədən əvvəlcədən də xəbərim var idi.
Deyəsən, əvvəlcə daha böyük tutumlu nəzərdə tutulmuşdu. Sırf futbol stadionudur.
Azarkeşlər meydançaya tam yaxındır. Tutum az görünə bilər, amma rayon bölgəsi üçün öz çempionatımızda problem olmayacaq.
Avroliqa oyunları üçün böyük olsaydı, yaxşı idi. Amma bununla başlamaq da pis deyil.
Sevindim buna. Özü də, 2028-ci ilin axırlarına tamamlamaq istəyirlər. Aktiv iş rejimi olacaq”.

