Azərbaycan Premyer Liqasında növbəti Azərbaycan derbisi arxada qaldı.
Son çempion "Qarabağ" "Neftçi"ni qonaq etdi.
Son illər alışdığımız kimi, bu dəfə də gülən tərəf ağdamlılar oldu.
"Köhlən atlar" 3 xalı 4 cavabsız qolla qazandı.
Meydan sahibləri yalnız oyunda deyil, həm də tribunada aktiv tərəf idi.
Belə ki, "Qarabağ"ın ən böyük azarkeş qrupu olan "İmarət" qonaqların düşdüyü acınacaqlı duruma səssiz qalmadı.
Fanatlar yer aldıqları tribunada böyük "Neftçi" loqosu qaldırıb, iri pankart açdılar.
Bannerin üzərində isə "Neftçi"nin dərdi var, "Neftçi" xəstədir" sözləri yazılmışdı.
XANOĞLAN/ SPORTİNFO.AZ
Həmin görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

