“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao yeni təklif alıb.
Azərbaycanda üçüncü mövsümünü keçirən braziliyalı legionerə növbəti dəvət Almaniyadan gəlib.
Bundesliqada mübarizə aparan “Haydenhaym” onunla yaxından maraqlanır. Sözügedən klub “sambaçı”nı iş başında izləmək üçün öz nümayəndəsini Azərbaycana ğöndərib.
“Haydenhaym”ın meneceri Premyer Liqanın 7-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçına (4:0) tribunadan tamaşa edib.
Almaniyalı seleksiyaçı bu məqsədlə gələn həftə İngiltərəyə də yollanacaq. O, “köhlan atlar”ın Avropa Liqasının Liqa mərhələsinin ilk turunda “Tottenhem”lə qarşılaşmasına baxacaq.
SPORTİNFO.AZ

