Qurban Qurbanov: “… ondan üz döndərmişəm, inanmıram, adını ora sala bilmərəm”

16 Sentyabr 2024 01:00 Qarabağ 13 219
Qurban Qurbanov: “… ondan üz döndərmişəm, inanmıram, adını ora sala bilmərəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın hücumçusu Redon Cicanın adının Avropa Liqasının sifariş ərizəsinə salınmamasının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bununla bağlı suala cavab verib.

O deyib ki, Avroliqada sistemdə legioner və əsas oyunçuların say məhdudiyyəti var:

"Ona əməl etməliyik. Siyahıya əlavə edə bilmərik artığını.

Nəriman Axundzadə, Abbas Hüseynov, Musa Qurbanlı, Sadiq Məmmədzadəni siyahıdan çıxarsaq, onların əvəzinə oyunçu sala bilmərik.

Bu o demək deyil ki, Cicaya inanmırıq. Cica ola bilər bu gün rəqabətdə Juninyoya uduzur.

Amma ümumən baxanda, Cica mənə lazımdır. Bir-iki oyun oynamadısa, o demək deyil ki, ondan üz döndərmişəm, inanmıram.

Ona görə çox üzüldüm. Hamı başa düşməlidir. O da məni başa düşür.

Siyahıdan Nəriman və Musanı çıxarıb, onun adını sala bilmərəm. Çıxarsam də, yerləri boş qalacaq. Hücum xəttində dəyişiklik edə bilirəm.

Ona görə Cicanı siyahıdan çıxardıq. Qalan mövqelərdə hər zonada 2 oyunçumuz qalıb.

Belə oldu. Cicadan hansısa narazılığım, inamısızlığım yoxdur. Aktiv də məşq edir. İntizamlı oyunçudur.

Ölkə çempionatında sıx qrafikimiz olacaq. Böyük ehtimalla şansı daha çox olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var