"Qarabağ"ın iki zədəli futbolçusu ilə bağlı son durum bəlli olub.
Sportinfo.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Ludoqorets"ə(2:7) qarşı cavab görüşündə zədələnmiş Marko Yankoviç və millinin düşərgəsində zədələnmiş Bəhlul Mustafazadə Premyer Liqanın VI turunun "Səbail"lə görüşünü buraxacaq.
Həm monteneqrolu, həm də Mustafazadə gələn həftə ümumi qrupa qoşulacaqlar. Hazırda isə onlar fərdi proqram əsasında bərpa prosesini keçirlər.
"Qarabağ" - "Səbail" görüşü sabah "Azərsun Arena"da keçiriləcək və oyuna 19:00-da start veriləcək.