"Qarabağ"ın legioneri Afrikadan keyfi kök qayıdır - VİDEO

12 Sentyabr 2024 01:50 Qarabağ 1 022
"Qarabağ"ın legioneri Afrikadan keyfi kök qayıdır - VİDEO

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın şərəfini qoruduğu Əlcəzair millisində Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, Əlcəzair Liberiya yığması ilə qarşılaşıb.

Görüş Benzianın komandasının böyükhesablı qələbəsi (3:0) ilə başa çatıb. Meydana start heyətində buraxılan “Qarabağ”ın legioneri 77-ci dəqiqədə hesab 2:0 olarkən əvəzlənib.

İki turdan sonra Əlcəzair 6 xalla qrupuna başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"