COP29

"Qarabağ"dan bura hazır gəlib, komandasında oynayan futbolçu idi"

11 Sentyabr 22:40 Qarabağ 503
"Qarabağ"dan bura hazır gəlib, komandasında oynayan futbolçu idi"

"Hamidu Keyta qardaş ölkə "Qarabağ"dan aramıza qatılıb.

O, bura hazır gəlib, komandasında oynayan futbolçu idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə superliqa təmsilçisi "Konyaspor"un futbol şöbəsinin rəsmisi Yusuf Küçükbakırcı klubun saytına açıqlamasında bildirib.

"Qarabağ"dan ayrılaraq dünən "Konyaspor"la müqavilə imzalayan Keytanın kluba keçidini şərh edən Yusuf Küçükbakırcı bildirib:

"Keyta fərqli bir mədəniyyətə malik bir ölkəyə də gəlməyib. Komandamıza dərhal alışacağına və fayda verəcəyinə inanırıq".

Keyta özü isə yeni klubu ilə 2 illik müqavilə imzaladıqdan sonra bunları deyib:

"Konya həqiqətən gözəl şəhərdir. Burada olduğum üçün şadam. "Konyaspor" üçün əlimdən gələni edəcəyəm.

Mükəmməl azarkeşlərimizin olduğunu bilirəm. Onları hər zaman sevindirmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti