"Qarabağ"dan Super Liqa klubuna - 2 illik kontrakt bağladı

11 Sentyabr 2024 01:20 Qarabağ 872
"Qarabağ"dan Super Liqa klubuna - 2 illik kontrakt bağladı

"Qarabağ"dan ayrılan Hamidu Keytanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, fransalı vinger karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

29 yaşlı futbolçu "Konyaspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Keyta Konya təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub.

O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?