COP29

Adını siyahıda görmədi, “Qarabağ”ın onu icarəyə verməsi üçün hərəkətə keçdi

5 Sentyabr 20:40 Qarabağ 8 145
Adını siyahıda görmədi, “Qarabağ”ın onu icarəyə verməsi üçün hərəkətə keçdi

Məlum olduğu kimi, “Qarabağ”ın Avropa Liqası üçün iştirak ərizəsi müəyyənləşib.

Azərbaycan çempionu Liqa mərhələsində istifadə edəcəyi heyəti UEFA-ya göndərib.

Ağdam təmsilçisi yeni transferləri Aleksey Kaşuk və Emmanuel Addaini sifariş eləyib.

Burada 3 futbolçunun adı yoxdur. Bunlar Şahruddin Məhəmmədəliyev, Hamidu Keyta və Redon Cicadır.

Onlar UEFA-nın qoyduğu limitə görə siyahıdan çıxarılıb. Belə ki, qitə futbol qurumu yalnız 23 oyunçunun siyahıda yer almasına icazə verir.

Limit 23+1-dir. Bu səbəbdən həmin oyunçular kənarda qalmalı olub.

Ötən il də “Qarabağ” analoji halla üzləşmişdi. Limit səbəbindən Adama Diakabi və Riçard Almeyda siyahıdan kənarda qalmışdı.

Avroliqada iştirak şansını qaçıran Hamidu Keyta tezliklə icarəyə verilə bilər. Hərçənd Qurban Qurbanov təqvimin sıxlığını göz önünə gətirərək, fransalı vingerin qalmasına tərəfdardır.

Səbəbkarın özü isə daha çox oyun praktikası qazanmaq istəyindədir. O, hələ iyunda bu məqsədlə «Qarabağ»dan ayrılmaq fikrində idi.

Fəqət, baş məşqçi həmin vaxt Keytanı fikrindən daşındıra bilmişdi.

İndi isə vəziyyət nisbətən dəyişib və sözləşməsi 2025-ciilin yayında bitəcək hücumameylli cinah yarımmüdafiəçisi anlayır ki, bundan sonra ona daha çətin olacaq.

Variant? 2023-cü ilin yayında «Zirə»dən gəlmiş fransalıya həm Premyer Liqadan, həm də Türkiyədən maraq var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti