“Qarabağ” dünya çempionu ilə “nigah”ı RƏSMƏN AÇIQLADI

3 Sentyabr 2024 19:00 Qarabağ 9 908
“Qarabağ” dünya çempionu ilə “nigah”ı RƏSMƏN AÇIQLADI

"Qarabağ" Aleksey Kaşukun transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi “Şaxtyor” (Donetsk)ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan oyunçunu heyətinə cəlb edilib.

"Qarabağ" 24 yaşlı hücumameylli yarımmüdafiəçi iləı 3 illik müqavilə imzalayıb.

Donetsk klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib.

Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?