Avropa Liqasının liqa mərhələsində atılan püşkün çətinlik faizi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, "Qarabağ" 43% göstərici ilə siyahıda 30-cu yerdə qərarlaşıb.
Ağdam təmsilçisi evdə "Ayaks", "Lion", "Malmö", FKSB, səfərdə isə "Tottenhem", "Olimpiakos", "Bodo Qlimt", "Elfsburq" ilə üz-üzə gələcək.
İlk oyun 26 sentyabr saat 23:00-da Londonda "Tottenhem"ə qarşı olacaq.


