O, “Qarabağ”ın hansı futbolçusunu “Dinamo”da görməyi arzu edir?

2 Sentyabr 2024 20:00 Qarabağ 2 709
O, “Qarabağ”ın hansı futbolçusunu “Dinamo”da görməyi arzu edir?

“Qarabağ”ın “Dinamo”ya məğlubiyyətindən sonra Zaqreb təmsilçisinin futbolçusu Sami Mmae maraqlı açıqlama ilə diqqət çəkib.

Əslən Mərakeşdən olan müdafiəçi Sportinfo.az-ın ünvanladığı “Qarabağ”ın hansı futbolçusunu “Dinamo”da komanda yoldaşın qismində görmək istərdin” sualına Sami konkret ad çəkib.

O, Zubiri digərlərindən fərqləndirib:

“Qarabağ”da yaxşı futbolçuların sayı çoxdur. Lakin mənim ən çox bəyəndiyim Abdullah Zubirdir.

O, həqiqətən usta futbolçudur, kifayət qədər təcrübəlidir, bir sözlə, liderdir”.

Topla davranışına baxanda hansı səviyyədə olduğu görünür. Məncə, Zubir tək “Dinamo”da yox, Avropanın aparıcı klublarında oynaya bilər”.

Zubir 2018-ci ilin yayından bu yana ağdamlıların şərəfini qoruyur.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti