"Qarabağ"ı məğlub edəcəyik” – Rumıniya klubunun prezidenti

2 Sentyabr 2024 12:40 Qarabağ 1 956
"Qarabağ"ı məğlub edəcəyik” – Rumıniya klubunun prezidenti

FCSB-nin prezidenti Cici Bekali Avropa Liqasının püşkatmasını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, Rumıniya çempionunun səfərdə "Qarabağ"ı məğlub edəcəyini düşünür.

Bekali ölkə mətbuatına açıqlamasında FCSB-nin turnirdə uğurlu nəticələr qazanacağına ümid etdiyini bildirib:

"Mançester Yunayted"lə heç-heçə oynaya bilərik. "Qarabağ", PAOK və "Olimpiaskos"u məğlub edəcəyimizə əminəm.

Bizə əsas problemi "Hoffenhaym" yaşada bilər. Komandanın çox xal toplayıb, pley-offa yüksələcəyini düşünürəm".

FCSB Avropa Liqasının VII turunda Bakıda "Qarabağ"ın qonağı olacaq. Oyun yanvarın 23-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti