Dəyəri 1 milyondan çox olan 7 futbolçu "Qarabağ"da - ƏN BAHALILAR

1 Sentyabr 2024 01:50 Qarabağ 7 472
Dəyəri 1 milyondan çox olan 7 futbolçu "Qarabağ"da - ƏN BAHALILAR

Avropa Liqasının liqa mərhələsində "Qarabağ"ın rəqibləri bəllidir.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi 18,98 milyon avroluq heyətlə 8 komandadan xallar qoparmağa çalışacaq.

Qurban Qurbanovun komandasında 7 futbolçunun dəyəri 1 milyondan çoxdur. Siyahıya braziliyalı Juninyo 2 milyon avro dəyərlə başçılıq edir.

Mateuş Koxalski və Leandro Andrade 1,5 milyon avro, Yassin Benzia və Nəriman Axundzadə 1,2 milyon avro, Toral Bayramov və Emmanuel Addai isə 1 milyon avro qiymətlə "Qarabağ"ın ən bahalı futbolçuları siyahısındadır.

Şahruddin Məhəmmədəliyev və Aleksey İsayev müvafiq olaraq, 900 000 və 850 000 avro qiymətlə 9 və 10-cu yerləri tutub.

"Transfermarkt" "köhlən atlar"ın monteneqrolu ləl-cəvahiratları Marko Yankoviçə 500 000 avro, Marko Veşoviçə isə 250 000 avro qiymət qoyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti