Zubir “Sportinfo”ya danışdı, “Dinamo”ya məğlubiyyətin əsl səbəbini göstərdi

30 Avqust 2024 13:00 Qarabağ 7 493
Zubir “Sportinfo”ya danışdı, “Dinamo”ya məğlubiyyətin əsl səbəbini göstərdi

“Qarabağ”ın fransalı vingeri Abdullah Zubir Sportinfo.az-a müsahibə verib.

“Köhlən atlar”ın kapitanı komandasının Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə Zaqreb “Dinamo”suna 0:2 hesablı məğlubiyyətlə bağlı sualları cavablandırıb.

- Məyusluq var, yoxsa hər şey qaydasındadır?

- Təbii ki, üzgünük. Ancaq yenə də başımızı dik tutmağa çalışırıq. Qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Lakin rəqib nəticə baxımından bizi üstələdi.

- “Dinamo” hansı cəhətlərdə “Qarabağ”dan üstün idi?

- Oyunu təhlil edəndən sonra dəqiq nəsə demək mümkündür. Görünən odur ki, onlar qol imkanlarından yararlanmağı bacardılar, biz isə yox. Ən kiçik epizodda belə, qol vura bilirlər. Məğlubiyyəti də qəbul etmək lazımdır. Hər iki oyunda qalib gəlib Çempionlar Liqasında yola davam edirlər. Biz isə Avropa Liqasında uğur qazanmağa çalışacağıq.

- İlk oyundakı 0:3-ün bu matça təsiri nə dərəcədə böyük idi?

- Əlbəttə, təsiri oldu. 0:3 yox, 0:2, 0:1, yaxud 0:0 olsaydı, bəlkə də başqa cür oynayacaqdılar, psixoloji baxımdan fərqli olacaqdılar. Ancaq 3 cavabsız topdan sonra rahat görünürdülər və əsas diqqəti müdafiəyə ayırmışdılar.

- Qurban Qurbanov paltardəyişmə otağında sizə nə dedi?

- Mübarizə apardığımıza, sona qədər döyüşdüyümüzə görə təşəkkür etdi. Keçmişlə yaşamamağı, gələcəyə baxmalı olduğumuzu tövsiyə etdi.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti