"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin biraddımlığında mübarizəni dayandırdı.
Zaqreb "Dinamo"suna səfərdə 0:3 məğlub olan ağdamlılar evdə də təcrübəli rəqibi ilə bacarmadı - 0:2.
Cavab matçında da senari dəyişmədi - "Qarabağ" daha çox hücum etdi, daha çox qol imkanı yaxaladı, amma sonda qolları vuran xorvatlar oldu.
Əksəriyyət bunun adını bəxtsizlik kimi qiymətləndirdi.
Həqiqətən də 180 dəqiqədən artıq çəkən mübarizədə "köhlən atlar" elə şansları əldən qaçırdı ki...
Nə Zubiri tanıya bildik, nə də Juninyo və ya Benzyanı.
Usta futbolçular adlarına yaraşmayan son vuruşurlarla yadda qaldılar.
Lakin şanssızlıq futbolda bir oyun ola bilər. İkinci matç həmin şanssızlığı aradan qaldırmaq üçün yetərli olmalıdır.
Məsələn, Konfrans Liqasının 2-ci təsnifatmərhələsində "Makkabi" "Sabah"la ilk matçı uğursuz keçirdi.
Haqq etmədiyi 0:3 hesablı məğlubiyyətlə üzləşdi.
Lakin cəmi 1 həftə sonra vurduqları 6 qolla bunun təsadüf olduğunu sübut etdi. Özü də səfər meydanında.
Ancaq "Qarabağ" ikinci görüşü də eyni tərzdə tamamladısa, buna şanssızlıqdan çox səviyyə fərqi demək yerinə düşər.
"Dinamo" futbolçularının vurduğu 5 qolun hamısında səviyyə izi, təcrübə əlaməti aydın sezilirdi.
Bu, acı da olsa, həqiqətdir.
XANOĞLAN İMANOV

