“Qarabağ”: Daha neyləyək, daş qayaya rast gəldi - VİDEO

29 Avqust 2024 02:20 Qarabağ 1 123
“Qarabağ”: Daha neyləyək, daş qayaya rast gəldi - VİDEO

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Dinamo" (Zaqreb) ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti