“Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya təmsilçisi “Dinamo” (Zaqreb) ilə cavab matçına çıxacaq.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.
Oyunu İngiltərədən olan baş hakim Maykl Oliver idarə edəcək.
Tərəflər arasındakı ilk oyun Xorvatiya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
28 avqust
20:45 "Qarabağ" – "Dinamo" (Xorvatiya) 0:2
Qollar: Marko Pyaça, 31, Mateus Silva, 52 (avtoqol)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabiyan Buntiç, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
"Dinamo": 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyer-Qabriel, 20. Marko Pyaça, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofil-Katrin.
Ehtiyat oyunçular: 1. Daniyel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 6. Maksim Bernauer, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 11. Arber Hoca, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç.
Baş məşqçi: Sergey Yakiroviç.

