“Mən xəbərdarlıq etmişdim ki, diqqətli olun, onlarla zarafat etməyin”

28 Avqust 2024 20:30 Qarabağ 905
“Mən xəbərdarlıq etmişdim ki, diqqətli olun, onlarla zarafat etməyin”

“Mən hələ "Osiyek"ə xəbərdarlıq etmişdim ki, "Zirə"yə qarşı diqqətli olun, onlarla zarafat etməyin, bu, ciddi komandadır”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sabah”ın xorvatiyalı çalışdırıcısı Jrunoslav Renduliçə aiddir.

O, ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”dan danışıb: Renduliç “Dinamo”nun yerli çempionatda 4 oyunda 4 qələbə qazanmasına münasibət bildirib:

"Dinamo" cəmi 4 oyun keçiribsə, Azərbaycan klubu 6 matça çıxıb. Üstəlik, 4-ü Çempionlar Liqası matçı olmaqla.

"Qarabağ" ötən mövsümkü heyətini qoruyub, Xorvatiya çempionunda isə bir sıra yeni futbolçular var.

Rəqib çempionat oyununu təxirə salıb və bütün fikrini "Dinamo"ya yönəldib.

Azərbaycan çempionatı çox gərgin və dinamikdir, hansısa rəqibə asanlıqla qalib gələcəyinizi demək olmur. "Qarabağ"ın avrokubok matçlarında isə stadion həmişə doludur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti