PSJ-nin sabiq baş məşqçisi: “Qarabağ” bir neçə riskə getdi”

28 Avqust 2024 19:30 Qarabağ 995
PSJ-nin sabiq baş məşqçisi: “Qarabağ” bir neçə riskə getdi”

“Qarabağ” topa yaxşı sahib olur, texniki cəhətdən çox yaxşı və sürətlidir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi Vahid Halilhodziç deyib.

PSJ, Yaponiya və Əlcəzair millisinin keçmiş çalışdırıcısı "Qarabağ"ın Zaqrebdə keçirilən ilk görüşdə yaxşı oyun nümayiş etdirdiyini bildirib:

“Onlar bir neçə riskə getdilər. “Dinamo” bundan necə istifadə edəcəyini bilirdi.

Kulenoviç “Dinamo” üçün iki vacib qol vurdu. “Dinamo” bu üstünlüyü əldən verməməlidir. Baxmayaraq ki, Bakıda çətin olacaq".

"Qarabağ"la "Dinamo" arasında cavab qarşılaşması bu gün 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti