Azərbaycan klubu məqsədinə çatmasa, nə qədər qazanacaq?

28 Avqust 2024 20:10 Qarabağ 986
Azərbaycan klubu məqsədinə çatmasa, nə qədər qazanacaq?

Sportinfo.az xəbər verir ki, "Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Dinamo" ilə qarşılaşacaq.

Ağdam təmsilçisi ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu rəqibinə qarşı geridönüş etməyi bacarsa, həmin turnirin liqa mərhələsinə yüksələcək. Əks halda Avropa Liqasında liqa raundunda mübarizə aparacaq.

Bu liqada mübarizə aparacaq hər bir kluba UEFA 4,31 milyon avro ödəniş edəcək.

Hər qələbəyə görə verilən məbləğ 450 000 avrodur. Komandalar heç-heçəyə görə 150 000 avro qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti