"Qarabağ"ın bütün futbolçuları çox bahadır, 7-8 milyon avroluq təklifləri qəbul etmədilər”

28 Avqust 2024 11:20 Qarabağ 2 912
"Qarabağ"ın bütün futbolçuları çox bahadır, 7-8 milyon avroluq təklifləri qəbul etmədilər”

"Qarabağ"ın Çempionlar Liqasının pley-offundakı rəqibi "Dinamo" heyətini yarımmüdafiəçiylə gücləndirmək niyyətindədi.

Sportinfo.az "germanijak.hr" saytına istinadla xəbər verir ki, Xorvatiya təmsilçisi bu məqsədlə "köhlən atlar"ın qapısını döyüb.

Xorvatlar Zaqrebdə keçirilən "Dinamo" - "Qarabağ" matçından (3:0) sonra klub rəsmilərinə Julio Romao ilə maraqlandıqlarını bildiriblər.

Portalın iddiasına görə, "mavilər" Romao üçün 2,5 milyon avro təklif etsə də, ağdamlıların cavabı onları şoka salıb. Belə ki, "Qarabağ" futbolçusu üçün qarşı tərəfdən azı 5 milyon avro tələb edib.

"Germanijak.hr" mövzunu belə şərh edir:

"Qarabağ"ın bütün futbolçuları çox bahadır. Onlar Juninyoya gələn 7 və 8 milyon avroluq təklifləri də qəbul etməyib.

Baxmayaraq ki, "transfermarkt" bu komandanın üzvlərini aşağı qiymətə dəyərləndirir. "Qarabağ" isə məhz meydanda göstərilən oyuna önəm verir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti