“Özüm də “Qarabağ”a qol vura bilərdim, 3:0 reallığı əks etdirmir"

28 Avqust 2024 00:40 Qarabağ 850
“Özüm də “Qarabağ”a qol vura bilərdim, 3:0 reallığı əks etdirmir"

"Qarabağ" yaxşı komandadır, ola bilər ki, hesab reallığı əks etdirməsin. (Zaqrebdəki 3:0 hesabı nəzərdə tutulur - red.)

Mən şadam ki, yaratdığımız imkanlardan istifadə etdik. Özüm də qol vura bilərdim".

Sportinfo.az xəbər verir ki, bu sözləri Zaqrebin "Dinamo" komandasının futbolçusu Martin Baturina xorvatiyalı jurnalistlərə açıqlamasında bildiirib.

"Dinamo" sabah Bakıda "Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında üz-üzə gələcək.

21 yaşlı Baturina bildirib ki, ilk görüşdə qapıçıları İvan Nevistiç onları gözəl qurtarışlarla qollardan xilas edib:

"Ümid edirəm ki, biz mərhələni adlayacağıq. Paltardəyişmə otağımızda atmosfer əladır, odur ki, kimin qol vurmasının əhəmiyyəti yoxdur".

"Qarabağ" - "Dinamo" oyunu sabah yerli vaxtla saat 20:45-də başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti