“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”sunu qəbul edəcək.
“Köhlən atlar” bu gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda matç öncəsi son məşqə çıxıb.
Hazırlığın ilk dəqiqələrində “Qarabağ” azarkeşləri komanda üzvlərinə dəstək nümayiş etdirib.
Belə ki, 100-ə yaxın tərəfdar tribunada yer alaraq müxtəıif şərqilər səsləndirib, kollektivə çətin oyin öncəsi dəstək verib.
Ötən həftə “Maksimir” stadionunda baş tutan ilk oyunda xorvatlar 3:0 hesabı ilə qələbə qazanıb.
Avqustun 28-də keçiriləcək cavab dueli saat 20:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

