“Qarabağ"ın oyunçuları bunu bacarsa, şans artacaq”

28 Avqust 2024 18:00 Qarabağ 1 172
“Qarabağ"ın oyunçuları bunu bacarsa, şans artacaq”

Futbol mütəxəssisi Vasif Haqverdiyev Sportinfo.az-a açıqlama verib.

"Qarabağ"ın və milli komandamızın sabiq üzvü son Azərbaycan çempionunun Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Zaqreb "Dinamo"su ilə baş tutacaq matçını şərh edib:

"Qarabağ" səfərdə bərbad oyun keçirmədi. Hətta "Dinamo" ilə müqayisədə daha üstün oynadı.

Sadəcə, yaranan şansları dəyərləndirməkdə çətinlik çəkdilər. Bu da futbolçuların psixoloji hazırlığı, şanssızlığı ilə bağlıydı.

Təbii ki, səfərdən belə komanda ilə oyundan 0:3 məğlub qayıtmaq "Qarabağ" üçün çətindir, amma biz inanırıq ki, "Qarabağ" oyunu çevirə bilər. Necə ki, əvvəlki mərhələdə Bolqarıstanda bunu bacardı".

"Top itirildiyi zaman "Qarabağ"lı oyunçular mükəmməl oynamalıdır"

Veteran müdafiəçi xorvatlarla görüş öncəsi uğur qazanmaq üçün bir sıra vacib məqamlara diqqət çəkib:

"Futbolda 100% əminliklə nəsə demək olmaz. Azarkeşlərin dəstəyi, futbolçuların özlərini psixoloji olaraq oyuna hazırlaması vacib şərtdir.

Oyunçular özlərini təzyiq altında hiss etməməlidirlər. Daha çox soyuqqanlı və səbrli olsalar oyunu dəyişmək ehtimalı artacaq.

Düşünürəm ki, "Dinamo" ilk dəqiqələrdə tələsməyəcək. Aydındır ki, 3:0-lıq üstünlük varsa, rəqib əks-hücumlarda oynayacaq.

Bu da təhlükəli olacaq. Ona görə də top itirildiyi zaman "Qarabağ"lı oyunçular mükəmməl oynamalıdır. Bunu bacarsalar, şans artacaq.

"Qarabağ" isə hücumda olmağa məcburdur. Onsuz da komanda bütün oyunu hücumda keçirməyi sevir.

Tələskənlik olmamalıdır. Belədə ötürmələrdə, qol imkanları zamanı dəqiqlik faizi azalır.

Sakit olmaq bu kimi mənfi elementləri ortadan qaldırır. İlk 15-20 dəqiqədə qol vura bilsək, yaxşı nəticəyə ümid etmək olar.

Düşünürəm ki, "Qarabağ" hamımızı sevindirəcək. Komandaya uğurlar!".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti