Qurban Qurbanov arzusunda olduğu transferi etdimi? - VİDEO

27 Avqust 2024 17:40 Qarabağ 1 449
Qurban Qurbanov arzusunda olduğu transferi etdimi? - VİDEO

Premyer Liqanın dördüncü turunda "Qarabağ"ın heyətində yeni legioner debüt etdi.

Mateuş Koxalski ilk dəfə «köhlən atlar»ın formasını geyindi.

Düzdür, Ağdam təmsilçisi hesabat həftəsini 0:1 hesablı məğlubiyyətlə bitirdi, ancaq polşalı qapıçının əla təsir bağışlamasını deməliyik.

O, ilk hissənin əvvəlində Otto Conun penalti zərbəsini qaytara bilməsə də, sonrakı dəqiqələrdə konkret olaraq iki gözəl seyvlə yadda qaldı.

Qurtarışları ilə tribunaların alqışını qazanan polyak kiperin tezliklə əsas heyətdə yerini möhşkəmlədəcəyinə şübhə bəsləmirik. Əlbəttə, o, sabitliyini qoruyarsa.

O, bura Polşa təmsilçisi “Stal Mielets”dən gəlib. 24 yaşlı polşalı qolkiper arasında "3+1" illik müqavilə imzalanıb.

“Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. Bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya"da (Varşava) forma geyinib.

Mateuş bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışına qatılıb. O, ötən illərdə U-16, U-17, U-18 və U-19 komandalarında da çıxış edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti