Azərbaycan klubu futbolçusu üçün 2,5 milyon avroluq təklif aldı

27 Avqust 2024 00:40 Qarabağ 1 579
Azərbaycan klubu futbolçusu üçün 2,5 milyon avroluq təklif aldı

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo" Azərbaycan çempionundan futbolçu transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi Julio Romaonu heyətinə qatmaqda maraqlıdır.

Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

"Dinamo" braziliyalı dayaq yarımmüdafiəçisi üçün "Qarabağ"a 2,5 milyon avroluq təklif göndərib. Ağdam təmsilçisi isə futbolçunu 5 milyon avrodan aşağı satmağı düşünmür.

"Qarabağ" Julio Romaonu 2022-ci ilin yayında "Santa Klara"dan (Portuqaliya) transfer edib.

26 yaşlı orta xətt oyunçusu komadnaın heyətində keçirdiyi 98 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti