"Qarabağ"ın heyətinə yeni hücumçu cəlb etməyi planlaşdıması yönündə xəbrlər yayılıb.
Sosial şəbəkələrdə tirajlanan iddiaya görə, Eduardo Querrero Azərbaycan çempionunun maraq dairəsindədir..
Bildirilir ki, Ağdam klubu 24 yaşlı forvardı transfer etmək üçün hərəkətə keçib.
Fəqət, "Qarabağ"dan məlumatı saytımıza təsdiq etməyiblər. Redaksiyamıza verilən informasiyaya görə, Eduardo Querrero baş məşqçi Qurban Qurbanovun transfer siyahısında yer almır:
«Onunla heç bir danışıqlar aparılmayıb. Yayılan xəbərlər bəzi menecerlərin «əl işi»dir.
Ola bilsin, «Qarabağ»ın adını çəkməklə futbolçunun qiymətini qaldırmaq istəyə bilərlər».
Querrero hazırda Ukraynada "Zarya"nın formasını geyinir. O, 2027-ci il iyunun 30-na qədər Luqansk təmsilçisinə məxsusdur.
Panamalı hücumçu karyerası ərzində İsraildə "Makkabi" (Tel-Əviv) və “Beytar”ın uğurları üçün tər töküb. 20яя23-cü ildə Ukrayna təmsilçisi ilə anlaşıb.
SPORTİNFO.AZ

